BaşlıcaSiyasət

 Paşinyan: “ER özünü xarici təsir agentlərindən qoruyacaq”

Ermənistan Respublikası özünü xarici təsir agentlərindən qoruyacaq. Alınan məlumata görə, bu haqda  Parlamentdə hökumət sual-cavabı zamanı ER  Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan Respublikası özünü xarici KQB agentlərindən və— onların siyasi xadimin qalstuku altında, yaxud ruhani xidmətçinin ridası altında gizlənməsindən asılı olmayaraq   xarici təsir agentlərindən qoruyacaqdır.

ER özünü qoruyacaq, ER xalqı öz dövlətini qoruyacaq, Ermənistan dövləti isə öz xalqını qoruyacaq” — deyə Paşinyan bildirib.

O, əlavə edib ki, dövlət öz rolunda olacaq. Baş nazir qeyd edib ki, 2018-ci ildən bəri xalq hakimiyyəti “məxməri” olmaqda ittiham edir, 2021-ci ildə isə “polad mandat” verib.

“Biz də həmin polad mandatı mümkün qədər yumşaq şəkildə tətbiq edirik. Bu mandatı biz xalqdan almışıq. Hətta xalq narazıdır ki, biz bu mandattan kifayət qədər sərt   şəkildə istifadə etmirik” — deyərək o, vurğulayıb.

Daha çox göstər
Back to top button