
Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Davosda Qazaxıstan, İspaniya və Norveçin xarici işlər nazirləri ilə görüşlər keçirib.
Bu barədə ER XİN məlumat yayıb.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə “Sülh Şurası”nın nizamnaməsinin imzalanması mərasimində təsisçi üzv kimi iştirak edib.
Tədbirdə Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan və Xarici İşlər naziri Ararat Mirzoyan da iştirak ediblər.







