
Yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə töhfə verir. Ermənistan prezidenti bunu ABŞ vitse-prezidenti ilə görüşündə bildirib.
“Prezident vitse-prezidentin səfərini alqışlayıb və bunun Ermənistanla ABŞ arasında yüksək səviyyəli münasibətləri əks etdirdiyini vurğulayıb. Görüş zamanı Respublika Prezidenti ABŞ prezidenti Trampın böyük töhfə verdiyi regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.
Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb”, – deyə bəyanatda bildirilir.







