BaşlıcaSiyasət

ER səfiri ABŞ Konqresinin Ermənistan məsələləri üzrə qrupu ilə görüşüb

18 və 19 mart tarixlərində Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ Konqresinin Ermənistan məsələləri üzrə qrupu həmsədrləri Frank Palon və Gas Bilirakis, eləcə də komitə üzvləri Set Magaziner və Cim Kosta ilə görüşüb.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyinin yaydığı bəyanatda bildirilib. Görüşlər zamanı səfir komitə üzvlərinə Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin möhkəmləndirilməsində uzunmüddətli dəstəyə görə təşəkkür edib. Qeyd olunur ki, əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Daha çox göstər
Back to top button