BaşlıcaEkonomika

Papikyan: “Silah və hərbi texnika alışı üçün 2022-2025-ci illərdə 1998-2018-ci illərdəkindən 5.4 dəfə çox vəsait xərclənib”

Ermənistanda 2022-2025-ci illərdə silah və hərbi texnika alışı üçün iki onillikdən — 1998-2018-ci illər dövründən 5.4 dəfə daha çox vəsait xərclənib.

Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyan Parlament – Hökumət sual-cavabı zamanı əminliklə bildirib.

“1998-2018-ci illərdə — iki prezidentin hakimiyyəti illərində, iki onillik ərzində orduya 2022-2025-ci illərdəkindən 5.4 dəfə az vəsait xərclənib.

Yəni, təkcə mənim vəzifədə olduğum müddət ərzində silah və hərbi texnika alışı üçün, iki prezidentin hakimiyyəti illərində (1998-2018) ediləndən 5.4 dəfə çox xərc çəkilib” — deyə Papikyan bildirib.

Bəzi müxalif dairələrin, hazırkı hakimiyyətin sülhdən danışaraq ordunu diqqətdən kənarda qoyması və silahlanma ilə bağlı heç bir iş görməməsi barədə narahatlıqlarına toxunan nazir deyib: “Rəqəmlərə baxın və özünüzə sual verin: siz nə ilə məşğul idiniz, nə işləyirdiniz?..”

Daha çox göstər
Back to top button