Azәrbaycanda mal əti bahalanıb

Avqustun 1-dən Azәrbaycanda mal əti 0, 50 manat və ya 6,6% bahalanaraq 1 kq-ı 8 manata çatıb. Bu, son iki ayda ikinci bahalanmadır. İyunda ət 0,50 manat 7 manatdan 7,50 manata və ya 7,1% bahalanmışdı. Turan-ın araşdırmaları göstərir ki, ötən illər də iyun-iyulda 7 manatdan 7,50 manata bahalanıb. 2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manardan 8,5 manata bahalanıb, sonar 7 və 7,5 manata düşüb. 2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb. Mal əti 2012-ci ilin sonu – 2013-cü ildə 9 manata bahalanmışdı. Agentlik ekspertlərinin fikrincə, indiki bahalanma toy mövsümü ilə bağlıdır. Ona görə avqust-sentyabrda qiymətlər 8,50 – 9 manata qədər arta bilər. Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalanır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır. Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin apyı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir.







