Bloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib

Bloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib.
APA-nın məlumatına görə, o, bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq hava limanından Bakı-Tel Əviv reysi ilə İsrailə yollanıb. A. Lapşini anası Bella Lapşina müşayiət edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib. Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.
Xatırladaq ki, bloqer Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahisi”nə daxil etib və ekstradisiya olunmasını tələb etdi.
Lapşin 2015-ci ildə Ukrayna vətəndaşı pasportuyla Gürcüstan ərazisiyla Azərbaycana getdi. Ukrayna pasportunda “Oleksandr” yazılır. Bundan sonra Azərbaycan “dövlət sərhəddi haqqında” qanunu pozduğu üçün bloqerə qarşı beynəlxalq axtarış elan edildi.







