Siyasət
Avropa Komissiyası Ermənistanda xüsusi ofis açmaq istəyir

Brüsseldə rəsmi səfərdə olan ER Təhsil və Elm naziri Levon Mkrtçyan Avropa Komissiyasının Tədqiqat, Elm və Yeniliklər üzrə Komissarı Karlos Moydaş ilə görüşüb.
Görüş zamanı “Ermənistan Respublikası hökuməti və Avropa Komissiyası arasında Avropa İttifaqının “Horizon-2020” layihəsinə cəlb olunmaqla bağlı” sazişin çərçivəsində “Horizon 2020 Policy Support Facility” dəstəyi ilə Ermənistanda həyata keçirilən layihələr prosesi və yeni elmi layihələrin tətbiqi imkanları müzakirə olunub.
Ermənistanda xüsusi ofisin açılışı ilə bağlı bir neçə məsələlər də müzakirə edilib. NazirErmənistan elmi ictimaiyyəti “Horizon-2020” layihəsinin tələblərinə hazırlamaq və müvafiq məsləhət vermək üçün bu cür bir ofisin yaranmasına əhəmiyyət verib.







