İctimaiyyət
Türk jurnalisti Azərbaycanın “Qarabağ” klubunun pərəstişkarlarına istehza ilə yanaşıb

Türkiyənin “Sabah” gəzetinin köşə yazarı Mevlut Tezel Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanın “Qarabağ” klubunun pərəstişkarları tərfindən göstərilən plakatlara toxunub.
Qeyd edilir ki, Azərbaycan klubunun pərəstişkarları İspaniyanın “Atletiko Madrid” ilə matç zamanı Azərbaycan klubunun adını yazan A4 formatında 7 kağız tutublar.
Tezel azərbaycanlı pərəstişkarların ideyasını istehza ilə yanaşaraq yazıb. “Futbol tarixində bu ən əzik, ən fağır, ən gülməli pastarı idi. Olsun, onlar da futbol mədəniyyətini tədricən öyrəsinlər”- deyə o yazıb.







