Siyasət

Edvard Nalbandyan Fransa Senatının üzvünə Qarabağ münaqişəsinin nizamlanma prosesini təqdim edib

Noyabrın 13-də Xİ naziri Edvard Nalbandyan Fransa Senatında xaricdə yaşayan fransalıların nümayəndəsi, frankofoniya parlament komissiyasının üzvü Kristof Frasanı qəbul edib. Bu haqda ER Xİ mətbuat xidməti məklumat yayıb.

Nazir Nalbandyan parlament üzvlərinin Ermənistan-Fransa münasibətlərinin inkişafına verilən dəstəyi yüksək qiymətləndirdi.

Tərəflər iki ölkə qanunvericilik orqanları arasında, o cümlədən beynəlxalq təşkilatların parlament komissiyalarında qurulmuş güclü əməkdaşlığına toxunublar.

Görüşdə Ermənistan-Fransa çoxtərəfli əməkdaşlığın gələcək inkişafı, parlamentlərarası dostluq qrupların fəaliyyəti, regional və beynəlxalq əhəmiyyət daşıyan məsələlər barədə fikir mübadiləsi aparıblar.

Edvard Nalbandyan və Kristof Frasa 2018-ci ildə Yerevanda keçiriləcək frankofoniya zirvəsinin hazırlıklar işlərini də müzakirə ediblər.

Ermənistanın xarici siyasi orqanların rəhbərləri fransiyalı senatora Qarabağ münaqişəsinin nizamlanma prosesini və bu istiqamətdə Ermənistan və ATƏT-in Minsk Qrupu həmsədrlərinin göstərdiyi səylərini təqdim edib.

Daha çox göstər
Back to top button