Artsax barədə miflər: turistlər həqiqəti aşkar edib

Beynəlxalq mətbuatda Artsax Azərbaycan ilə münaqişə kontekstində tez-tez xatırlanır. Bu səbəblə də Artsax barədə bəzən o qədər də düzgün təsəvvürlər yoxdur.
Sputnik Armenia mifləri ortaya qoyur və Artsaxı olduğu kimi təqdim edir.
“Sərhəddə pasportlarda möhürlənir”
Artsaxa yalnız Ermənistan tərəfindən daxil oluna bilər. Giriş zamanı pasportda məgər möhür qoyulurmu? Çünki bu möhür nəyinki Azərbaycana girişi çətinləşdirir, həm də bir sıra problemlərə də səbəb ola bilər. Aydındır ki, Azərbaycanın razılığı olmadan, Artsax sərhədindən keçən şəxsləri “qara siyahı” ya daxil edir.
Azərbaycanın siyasətinə qarşı etiraz üçün bu ilin yay aylarında Rusiya, İsrail, Böyük Britaniya, Latviya, Litva, İtaliya və digər ölkələrdən bir sıra məşhur jurnalistlər və blogerlər Artsaxa ziyarət edib. Əslində Artsax hakimiyyətləri nə erməni, nə də xarici turistlərə viza məcbur etmir. Ölkənin hər hansı bir qonağı özü seçə bilər ki, möhürü haraya qoysun : pasportda yoxsa vərəqədə?
“Artsaxda təhlükəsiz deyil”
Artsax və Azərbaycan arasında atəşkəs, 1994-cü il mayın 5-də imzalanıb. Ona baxmayaraq, təmas xəttində atəşkəs rejimi tez-tez pozulmaqdadır.
Amma atəşlər yalnız sərhəd zonalarında eşidilir. Digər yerlərdə çox rahat və sabitdir. Latvialı bloger Aleksandr Alimov bildirib ki, orada səyahət etmək “tamamilə təhlükəsizdir”.
Bu il Artsaxda olan səyahətçi Margarita Turçaninova ölkə barədə öz fikrini sual-cavab ilə təqdim edir: “ Artsaxa məgər ziyarət etməyə dəyərmi? Əlbəttə bəli dəyər. Gəşəng təbiət, gözəl insanlar, zəngin tarix. Artsax qadınlar üçün təhlükəsizdirmi? Əlbəttə bəli. İnsanlar sadə və səmimidir. Heç kəs sizin istəyinizi cavabsız qoymayacaq.
Artsaxa ziyarətin təlükəsizlik məsələsinə həmçinin Amerikan The New York Times mətbusu toxunub. Məqələlərindən birində deyilir ki, Artsax turistlər üçün təhlükəsizdir.
“Artsaxda turizm sahəsinin infrastrukturu yoxdur”
Turizmə xüsusi diqqət yetirilir: hotellər , restoranlar açılır, kilsələr bərpa edilir. Məşhur bloger Serqey Novikova əsasən, bir müddət əvvəl boş qalmış Dadivankda onlarla ziyarətçilərin gedişi adi hala çevrilmişdir. Son on ildə turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə turistlərin sayı 15000-ə çatıb, 2017-ci yarımilliyində ötən illə müqayisədə isə turistlərin 46% artımı qeydə alınmışdır.
Məşhur bloger Anton Nosik Artsax paytaxtı barədə yazıb: “Stepanakert Yerevandan və Tbilisdən daha çox xoşuma gəldi, hər şey çox gözəldir, yaxşı işlənmişdir, şəhərin mühasirədə olmasıyla parallel olaraq inkişaf etdiyini təsəvvür etmək çətindir.
Artsax son iyirmi ildə müxtəlif sahələrdə ardıcıllıqla inkişaf etməkdədir.







