Beynəlxalq

90 min dollarlıq tualetin açılışı

Beyləqanda tualetin təntənəli açılış mərasimi keçirilib. Bu haqda Azadlıq məlumat verir.

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu, 3-cü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.

Daha çox göstər
Back to top button