Beynəlxalq

Bakı-Nabran avtobusunda partlayış

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Bu barәdә Azadliq.info mәlumat verir.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Daha çox göstər
Back to top button