Beynəlxalq

Konstitusiyaslı monarxiya

Azadliq.info yazır Azərbaycan hakimiyyəti üçüncü dəfə Konstitusiyaya dəyişiklklər edir…Hər üç dəyişiklik birbaşa sülalə hakimiyyətinin qurulmasına, gücləndirilməsinə və otürülməsinə xidmət edir: 2002-ci ildə əsas məqsədi sülalənin varisi İlham Əliyevin hakimiyyətə maneəsiz gəlişini təmin etmək; 2009 –çu ildə bu hakimiyyətin ömrünü uzatmaq; 2016-cı ildə isə bu hakimiyyətin maneəsiz ötürülməsinə nail olmaq. Əslində, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyətinin (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq və nöbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi, 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması birbaşa ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklər faktiki olaraq heçə illərdir ki, tətbiq edilən monarxiya quruluşunun qanuniləşdirilməsidir. Daha doğrusu, İlham Əliyev sülalənin əbədi hakimiyyətini təmin etmək üçün dövlət quruluşunu faktiki olaraq konstitusiyalı monarxiyaya dəyişmək istəyir.

1-ci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması, əslində hakimiyyətin gələcəkdə maneəsiz olaraq sülalə üzvlərindən birinə ötürülməsi üçün bir mexanizmdir. 1-ci vitse-prezident və vitse-prezidentləri birbaşa prezident təyin edir. Bu vəzifəyə təyin olunan namizəd gələcək hakimiyyətin varisi hesab oluna bilər. Çünki konstitusiya dəyişikliklərində 1-ci vitse – prezidentə prezident olmadığı təqdirdə onu əvəzləmək hüququ nəzərdə tutulur. Bu isə o deməkdir ki, prezident öz səlahiyyətlərini istənilən vaxt faktiki olaraq xalq tərəfindən seçilməmiş, parlament tərəfindən təsdiq edilməmiş istənilən bir adama verə bilər. Əslində, 1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi çəhətdən hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilməlidir.

Daha çox göstər
Back to top button