Təhlil

Azərbaycan cəmiyyəti yoxsulluqdan əziyyət çəkir və iş tapmaq üçün xaircə qaçır

Azərbaycan iqtisadiyyatının böhranı ən çox bank sistemini təsir etdi. Ölkədəki bankları canlandıra bilməyən iqtidar ekstremal tədbirlər görüb və zəif olan10-dan artıq bankları bağlanıb. Bundan sonra isə, minlərlə inəçilər pullarını tələb etməyə başladı. Bu haqda Azərbaycanın “haqqin.az” saytı məlumat yayıb.

Lakin bankların kütləvi bağlanması başqa bir istenmeyen təsiri də gətirib yüzlərlə bankir işsiz qalıb. Bu haqda jurnalistlərlə müsahibədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Ona görə, Azərbaycanda “İşsizlərin icbari sığortası haqqında” qanunu tez bir zamanda qəbul etmək lazımdır. Bundan başqa, məşğulluq mərkəzlərinə keçmişdə banklarda çalışan artıq 2,7 min nəfər gedib.

Azərbaycanlı ekspert, iqtisadçı İlham Şaban Azadlıq Radiosuna verdiyi müsahibədə qeyd etdi ki, dünyada enerji resurslarının qiymətlərinin azalması səbəbilə son illərdə neft gəlirləri də düşdülər. Ekspert vurğulayıb ki, ölkədə ixracından maddi gəlir gətirən digər mallar yoxdur. “İl ərzində10-dan çox bankın fəaliyyəti dayandırılıb. Keçən 9 ayda Neft Fondu manat üçün 4 milyard dollarla öz rezervlərini satıb. Bu vəziyyətdə yaxşı olduğumuzu deyə bilirikmi?”.

Onun sözlərinə görə, Azərbaycan iqtidarı bütün problemləri yalnız neftin qiymətində görürlər, lakin enerji istehsalı da düşür. Bundan başqa, yaxındakı 10 ildə qaz da maddi gəlir gətirməyəcək, çünki kapital xərcləri vermək lazım.

Politoloq Rasim Ağayev Azadlıq Radiosu ilə müsahibədə bildirib ki, ölkədə neft və qaz gəlirlərinin zamanında kənd təsərrüfatı sektoruna diqqət ayrılmadı və bir çox sosial problemlər həll olunmamışdı. Bunlardan ən önəmlisi işsizlik problemidir. Politoloqa görə, ölkədə orta siniflar bu vəziyyətdədirlər. “Hazırda Azərbaycan cəmiyyəti yoxsulluqdan əziyyət çekir və iş tapmaq üçün xaircə (Rusiyaya, Avropaya) qaçır. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti ölkəyə dönmür. Gələcək 5-10 ildə texniki intellektual elitasını ola bilən gənclər öz gələcəyini azərbaycanda görmürlər”.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button