BaşlıcaTəhlil

XİN müavini:  “Ermənistan AB-nə üzvlük prosesini strateji istiqamət kimi nəzərdən keçirir”

Dünya Siyasət Forumu çərçivəsində keçirilən “AB strateji tərəfdaş kimi” mövzusunda panel müzakirəsi zamanı ER Xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistan-AB münasibətlərinə və onların inkişaf perspektivlərinə toxunub. Verilən məlumata görə, Kostanyan dünyada vəziyyətin son illərdə əhəmiyyətli dərəcədə dəyişdiyini və hazırda ənənəvi yanaşmaların həmişə işə yaramadığı daha mürəkkəb mühitin formalaşdığını qeyd edib.

“Bu gün çox şey dəyişib. Bu mənada qeyd etməliyəm ki, biz görünür, qeyri-adi zamanlarda yaşayırıq. İki il əvvəl də qeyri-adi zamanlarda yaşayırdıq.

Lakin bu gün vəziyyət daha mürəkkəbdir, bu da o deməkdir ki, ənənəvi yanaşmalar həmişə işləmir” — deyə o, qeyri-standart həllərin zəruriliyini vurğulayıb.

Ermənistan-AB münasibətlərindən danışan Kostanyan Ermənistan parlamentinin qəbul etdiyi və AB-nə üzvlük prosesinə start verən qanunun əhəmiyyətini qeyd edib:

“Bu, Ermənistan hökumətinin və Ermənistan xalqının gələcəkdə özlərini harada gördüklərinin aydın siyasi təzahürüdür”.

Eyni zamanda Kostanyan vurğulayıb ki, Ermənistan qısamüddətli perspektivdə Aİ-yə üzv olmağı gözləmir:

“Biz, əlbəttə ki, sadəlövhcəsinə inanmırıq ki, 2028-ci və ya 2030-cu ildə Ermənistan AB-nin üzvü olacaq. Lakin bu, üzərində işlədiyimiz istiqaməti göstərən siyasi bəyanatdır”.

Kostanyanın sözlərinə görə, Ermənistan hazırda dünyada Avropa Birliyinin vizaların liberallaşdırılması ilə bağlı dialoq apardığı yeganə ölkədir.

O, həmçinin bildirib ki, mayın 5-də Yerevanda ilk Ermənistan-AB sammiti keçiriləcək.

Daha çox göstər
Back to top button