Siyasət

Ankarada TBMM-in binası qarşısında etiraz aksiyası keçirilib

Türkiyədə TBMM-in binası qarşısında yanvarın 9-da etiraz aksiyası keçirilib. Məlumata görə, aksiya Konstitusiyaya ediləcək dəyişikliyə etiraz olaraq keçirilib.

Cumhuriyet qəzetinin xəbərinə görə, Ankarada TBMM-in binası qarşısında QHT nümayəndələri, hüquqşünaslar və çoxsayılı vətəndaşlar tərəfindən aksiya keçirilib. Lakin polis Konstitusiyaya ediləcək dəyişikliyə etiraz olaraq keçirilən aksiya içtirakçılara qarşı zorakılıq göstərib.

Etiraz aksiyasının iştirakçılarından müxalifətçi Cümhuriyyət Xalq Partiyasının deputatı Aykut Erdoğdu aksiyadan sonra jurnalistlərə müsahibədə bildirib ki, etiraz etməqdə davam edərək ölkəni xainlərə veerməyəcəklər.

Qeytd edək ki, Türkiyə Milli Məclisinin gündəmində Konstitusiyaya ediləcək dəyişikllərin prezident sistemini təmin edən yeni paketi gətirilib.

Daha çox göstər
Back to top button