Oşima:”Yaponiya üçün Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlana bilər”

ER Parlament sədrinin Yaponiyaya rəsmi səfəriylə iki ölkənin əlaqələri dərinləşdiriləcək.Bu diplomatik münasibətlərin inkişafı üçün xüsusi rol oynayacaq.
Bu haqda Yaponiyada rəsmi səfərdə olan ER Parlament sədri Galust Sahakyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı Yaponiyanın Milli Dietinin Nümayəndələr Palatasının sədri Tadamori Oşima bildirdi.
“Ermənistanın xarici siyasəti gündəmində Yaponiya ilə əlaqələrin inkişafı mühüm bir yüksəklikdədir. Çox maraqlıdır ki, Yaponiyaya Ermənistan Parlamentinin nümayəndə heyətinin rəsmi səfəri iki ölkənin diplomatik münasibətlər qurulmasının 25-ci ildönümündə oldu”- deyə Parlament sədri qeyd etdi.
ER Parlamentin informasiya və ictimaiyyətlə əlaqədər şöbəsinin bildirdiyinə görə, tərəflər DQ münaqişəsinə və Erməni Soyqırımı məsələlərinə də toxunublar.
Onlar qeyd edib ki, məsələlər sülh yolu ilə nizamlanmalıdır, soyqırımının qarşısını almaq üçün törədilmiş soyqırımlar məhkum olunmalıdır.
Aprel müharibəsində həlak olan hərbiçilər üçün başsağlığını diləyərək, Yaponiyanın Nümayəndələr Palatasının sözcüsü qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmalıdır. Yaponiya ATƏT Minsk qrupunun fəaliyyətlərinə öz dəstəyini davam etdirir.






