Rusiya hərbi bazasının hərbçiləri Ermənistan dağlarında düşməni məhv etməyi öyrənirlər

Ermənsitandakı Rusiya hərbi bazasının “Kamxut” və “Alagyaz” poliqonlarında motoatıcı və xüsusi bölmələrin döyüş texnikası,bölmələrin şəxsi heyətlərinin birgə təlim-tədrisinə başlanılıb.
RF-ı Cənub hərbi okruqunun mətbuat xidmətindən verilən məlumata görə, səhra təlimlərində 1500-dən artıq hərbçi iştirak edir, rabitə, naviqasiya və kəşfiyyat yeni kompleksləri də daxil olmaqla 150 ədəd hərbi və xüsusi texnikadan istifadə edilir.
Cok bölmələrinin hərbi əməkdaşlığı zamanı hərbiçiləri taktiki, mühəndislik , yanğın , xüsusi təlim dərslərində 50-dən çox normativləri mənimsəyəcəklər. Bölmələrin təlim -tədrisinin ən əhəmiyyətli komponentlərindən biri Kalaşnikov avtomat silahlarından, pulemyotlardan, snayper tüfəngləridən istifadə edərək gecə atışmasıdır.






