Şarmazanov: ”Dostluq haqqında ermənilər və belarusların fikirləri çox fərqlidir”

Dostluq haqqında ermənilər və belarusların fikirləri çox fərqlidir. Bu haqda NEWS.am-a müsahibəsində Ermənistan Parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi , ermən-belarus parlamentlərarası dostluq qrupunun həmsədri Eduard Şarmazanov Aleksandr Lapşinin ekstradisiyiasyla bağlı Belarus XİN-nin sözçüsü Dmitri Mironçikin bəyanatına toxunaraq bildirdi.
“Dostluq haqqında bizim və onların fikirləri çox fərqlidir. Əgər dost ölkə belə davranırsa, o deməkdir ki, dostluq haqqında bizim fərqli fikirlərimiz var.
İlk növbədə bu Rusiya-Belarus münasibətləri ilə əlaqədardır, çünki Lapşin Rusiya Federasiyasının vətəndaşıdır. Bu ilk növbədə Rusiyaya qarşı, sülh yolu ilə nizamlanmaya qarşı və sonra Ermənistana qarşı qaranlıq işdir”- deyə Şarmazanov qeyd etdi.






