Halo Trust:” 2016-ci ildə Artsaxda 24 mina sahəsi təmizlənmişdir”

Artsax torpağı mina və partlamamış hərbi sursatlardan təmizləyən “Hallo Trust” təşkilatı 2016-ci ildə görülən işlər haqqında hesabat yayıb.
Hesabatda qeyd edilir ki, il ərzində təşkilatın əməkdaşları 159 mina, kaset silah-sursatının 165 partlayıcı qalıqlarını, 2 aviabomba və 77 ədəd partlamamış silah-sursatı məhv ediblər. Bu haqda təşkilatın Arsaxdakı filialından məlumat verilib.
Ümumiyyətlə, 2016-ci ildə təşkilat 24 mina sahəsini təmizləyib.
Bunun nəticəsində icmalara kənd tsərrüfatı üçün 90 hektar torpaq qaytarılıb. Bundan başqa təşkilatın nümayəndələri 170 ədəd partlamamış silah- sursat məhv ediblər.
“Hallo Trust” təşkilatının nümayəndələri təhsil proqramları da həyata keçirilib. Proqramlar zamanı Artsaxın 10 min nəfəri mina təhlükəsi ilə bağlı tədris olunub və bu barədə 60 mütəxəssis hazırlanıb.






