Təhlil

“Son bir neçə gündə Azərbaycanda ən azı 40-dan çox şəxs həbsə məruz qalıb. Hökumətin bu addımı təyinata etiraz etmək cəsarətində olan siyasi opponentləri əngəlləmək məqsədi güdür”

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” (HRW) siyasi fəal Orduxan Teymurxanın ailə üzvlərinə edilən basqıları pisləyir.

Təşkilat bununla bağlı bəyanat yayıb.

46 yaşlı fəal Orduxan Teymurxan Niderlandda yaşayır. O, videobloqunda və sosial şəbəkələrdə Azərbaycan hökumətinə tənqidi fikirlərinə görə tanınır. “Dediyinə görə, fevralın 18-də bir polis işçisi ona zəng vuraraq 12 yaxınının, o cümlədən ikiyaşlı bacısı uşağının polis məntəqəsində olduğunu bildirib. Polis əməkdaşı yaxınlarının düşdüyü duruma görə fəalı günahlandırıb. Orduxan Teymurxan polis əməkdaşının səsini yazıb. Bu xəbər yayılandan sonra onun yaxınlarının çoxunu buraxsalar da, qardaşı və qardaşı oğlu polisə tabe olmamaqda günahlandırılaraq 30 günlük həbs cəzası alıblar”.

HRW Orduxan Teymurxanın yaxınlarının bundan əvvəl də dindirildiyini, nəzarətdə saxlanıldığını və hədə-qorxu ilə üzləşdiyini bildirir. Qeyd edilir ki, yanvarda bir qrup yaxını hökumətin təqiblərindən qurtulmaq üçün O.Teymurxandan imtina etdiyini bildirib: “Amma bu, onları qorumağa yetməyib”, – HRW –un bəyanatında belə deyilir.

Təşkilat O.Teymurxanın başına gələnlərin istisna olmadığını, Azərbaycan hökumətinin basqılarından qaçan fəalların çoxunun xaricdə sığınacaq tapdığını və etirazlarını mühacirətdə davam etdirdiyini bildirir. HRW Azərbaycan hökumətini fəalların ailə üzvlərinin təqibini dayandırmağa çağırır. Həmçinin, beynəlxalq müttəfiqlərini Azərbaycanın bu siyasətini pisləməyə səsləyir.

Bundan başqa, «Кавказский узел» yazır ki, Azərbaycanda fevral ayında 40 aktivist həbs edildi.

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

“Ölkə daxilində bəzi qüvvələr Mehriban Əliyevanın vitse- prezident təyin olunmasının islahatlara başlanğıc kimi qiymətləndirməyə və sübut etməyə çalışırlar. Təkcə bir misal kifayət edir ki, bu təyinatın islahatlar deyil, ailə hakimiyyətin güclənməsinə xidmət etdiyi sübut olunsun. Təyinat ərəfəsində ictimai fəallara və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, həbslər ölkədə islahatların deyil, yeni repressiyaların başlandığını göstərir. “Vaşinqton Post” qəzeti (müəllifi Amanda Eriksondur- red.) də yazır ki, hökumətin bu addımı (həbslər) təyinata etiraz etmək cəsarətində olan siyasi opponentləri əngəlləmək məqsədi güdür”.

Apardığımız araşdırmalar göstərir ki, son bir neçə gündə ən azı 40- dan çox  şəxs qısa və uzun müddətli həbsə məruz qalıb. 4 nəfərə cinayət işi açılıb. Qalan şəxslərə isə inzibatı həbs verilib, pul cəriməsi və xəbərdarlıq edilib. Ən səs- küylü həbs Hollandiyada yaşayan siyasi mühacir, bloger Orduxan Teymurxanın bacılarının və digər qohumlarının polisə aparılıb incidilməsi oldu.

Jurnalist Elçin İsmayıllı kent.info saytının baş redaktorudur. Fevralın 17-də yaşadığı İsmayıllı rayonunda əvvəlcə müəmmalı şəkildə yoxa çıxır. 2 gün sonra bəlli olur ki, Bakıya gətirilib və haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin vəkili İslam İsmayılov bildirib ki, Elçin İsmayıllı özünü günahkar bilmir. Özünə qarşı irəli sürülən ittihamın qurama və saxta olduğunu bildirir. Elçin İsmayıllı AXCP Ali Məclisinin üzvüdür, O, rayonda baş alıb gedən özbaşınalıqları, yarıtmaz idarəçiliyi, korrupsiya hallarını sərt tənqid edir, köməyə, dəstəyə hetiyacı olanları müdafiəsinə qalxırdı. AXCP və bir sıra müstəqil hüquq müdafiəçiləri onun həbsini jurnalistin fəaliyyəti və müxalif mövqeyi ilə əlaqəli olduğunu bildirir.

Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maide.az” saytının baş redaktoru və Masallı şəhər Cümə imamıdır. O da, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun polisə şikayəti əsasında həbs olunub.

Daha çox göstər
Back to top button