Minsk qrupunun həmsədrləri Qarabağda nə baş verdiyini çox yaxşı anlayırlar

Minsk qrupunun həmsədrləri Qarabağda nə baş verdiyini çox yaxşı anlayırlar.
Bu haqda martın 27-də Yerevanda jurnalistlərə müsahibəsində ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hogland bildirdi.
“ Siz qeyd edirsiniz ki, biz bəyanatlarımızı hədəfli şəkildə səsləndirmirik. Biz Qarabağda nə baş verdiğini çox yaxşı bilirik, lakin beynəlxalq vasitəçilər olaraq tərəflərdən birini üzməmək üçün məsafə saxlamalıyıq, çünki bu halda vasitəçiliyin həyata keçirilməsi imkanları pozula bilər”- deyə o qeyd etdi.
O, aləvə etdi ki, vasitəçilər ictimai çıxışlarında həmişə diqətli olmalıdır. Hogland bildirdi ki, bəyanatlarda tərəflərdən birini hədəflənməsi , o tərəfinin Minsk qrupunun həmsədrliyinə güvənməməsinə və Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar masasına əyləşməsinə səbəb ola bilər.






