Serj Tankyan, Arsine Xancyan, Atom Egoyan və Erik Nazaryan dünya sənətçilərini Artsaxı ziyarət etməyə çagırıblar

Tüfenkyan fondunun təşəbbüsü ilə Stepanakertdəki “Valex group” otelində aprelin 3-də Serj Tankyan, Arsine Xancyan , Atom Egoyan və Erik Nazarayan mətbuat konfransı keçiriblər.
Mətbuat konfransından əvvəl Arsine Xancyan, Serj Tankyanın, Atom Egoyanın, Erik Nazaryanın və öz adından dünya sənətçilərinə çağırış edib. Çağırışda xüsusən qeyd edilir:
“Bir il əvvəl bu günlərdə Artsax münaqişəsi yenidən başladı. Azərbaycan silahlı qüvvələri yalnız ön xəttindəki mövqeləri deyil, yaşayış yerləri, silahsız kəndliləri və məktəbləri atəşə tutublar. Lakin erməni qoşunları Azərbaycanın təcavüzünü dayandırıblar. Bu təcavüzün nəticəsində hər iki tərəfin həm insan, həm də maddi itkiləri oldu.
1988-ci ildən bəri və ya Artsax xalqının öz müqəddəratını təyin etmək hüququndan istifadə etməsindən etibarən , Azərbaycan talanlarla,hücumlarlar və geniş miqyaslı hərbi əməliiyatlarla onun qarşısını almaq istədi. Bütün bunlara baxmayaraq , Artsax xalqı öz tarixi torpaqlarını müdafiə edə bildi.
Artsaxda müstəqilik referendumu keçirilib və dövlət qurulub. Beynəlxalq ictimiayyət tərəfindən hələ Artsax Respublikasının tanınılmamasına baxmayaraq, min illərlə bu torpaqlarda yaşayan xalqın uşaqları burada yaşayıb yaratmağı davam etməkdədir.
Sərhəd boyunca Azərbaycanın hücumları, bomba partlayışlarının dayandırılmamasına baxmayaraq Artsax xalqı öz ölkəsini qurur və inkişaf etdirir.
Burada, bu tarixi torpaqlarda atəşkəs rejiminin pozulması, itkilər və yaralılar barədə xəbərlər hər hansı bir məlumatdan daha sürətlə eşidilir. Minlərlə uşaqlar yaratmaq hüququndan məhrum edilir, çünki ölkə hələ mühasirə altındadır, atəşkəs rejimi isə çox kövrəkdir. Minlərlə istedadlar qələm götürmək əvəzində öz evlərini və ölkəni müdafiə etmək üçün silahlar götürür.
Azərbaycan hücumlarının səbəbiylə, bu gənclər sülh şəraitlərində yaşayıb yaratmaq və öz istedadlarını aşkar etmək hüququndan məhrum olurlar.
Sərhəd bölgələrində yaşayan minlərlə şagirdlər məktəbdə mahnılar və musiqi dinləmək əvəzində partlayan bomba və silah səslərini dinləyirlər. Lakin bütün bununla bərabər burada çox istedadlı gənclər vardır. Təəssüf ki, onların dünyada həmkarları ilə ünsiyyət qurmaq üçün çox az imkanları var. Bu yaradıcı istedadların dünyaya tanınılması və qarşılıqlı tanınması üçün çox məhdud imkanları var. Onlar sənətçilər üçün bu sadə həyati hüququndan məhrum olunmaqdadır.
Odur ki, bütün sənətçiləri Artsaxa gəlməyə, sülh və həmrəylik tərəfdaşları olmağa, yerli sənətçilər, istedadlı insanlar ilə ünsiyyət qurmağa çağırırıq”.






