Beynəlxalq
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana səfərə geləcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Herbert Zalber aprelin sonunda Ermənistana səfər etmək niyyətindədir.
“Səfərin tarixi hələ məlum deyildir. Aydın olduğu zaman biz sizə məlumat veririk”- deyə Ermənsitandakı Avropa İttifaqının nümayəndə heyətinin mətbuat xidmətindən bildiriblər.
Daha əvvəl aydın oldu ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber aprelin 19-20-də Azərbaycana səfərə gedəcək. H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.






