Moskvada Ermənistanın turizm sektorunun imkanlarına həsr olunmuş “OK Ərmanistan” təqdimat keçirilib

Rusiyada Ermənistan Respublikasının səfirliyində aprelin 12-də Ermənistanın tarixi,ənənələri və turizminə həsr olunmuş “Ok Ermənistan” adlı təqdimat keçirilib.
Rusiyada Ermənistan Respublikasının səfirliyinin bildirdiyinə görə, təqdimatda 100-dən artıq Rusiya və Ermənistanın aparıcı operatorlarının, otel komplekslərinin, turizm informasiya agentliklərinin, eləcə də onlarla istehsal edən şirkətlərin və Rusiyanın aparıcı aviaşirkətlərinin nümayəndələri iştirak edib.
Tədbirin açılış çıxışıdna Rusiyada Ermənistan Respublikasının səfiri Tigran Toğoyan qeyd etdi ki, turizm sektorunda Ermənistan və Rusiyanın maraqlı orqanları,o cümlədən şəxsi aktyorlar arasında əməkdaşlıq genişləndirilməlidir. Səfir informasiya sahəsində yeni təşəbbüslərin həyata keçirilməsinə də əhəmiyyət verdi.
“Əlbəttə, biz Ermənistan və Rusiya arasında turizm əlaqələrin möhkəmlənməsində maraqlıyıq, gündəlik fəaliyyətimiz bu sektora da yönəlmişdir. Bu rusların arasında ölkəmizin nüfuzunun artırılması üçün yaxşı bir fürsətdir. Bu təşəbbüsü alqışlayıram və əməkdaşlığa dəvət edirəm”- deyə Vardan Toğoyan qeyd etdi.






