DQ münaqişəsinin nizamlanma məsələsində əsas olan təhlükəsizlik məsələsidir: Davit Banayan

Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan ER Xİ naziri Edvard Nalbandyanın Ermənistan-Diaspora ümumerməni konfransı çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasına və ərazilərə dair etdiyi bəyanatını şərh edib.
“İlk öncə, bu bəyanatın əsas mənası odur ki, təhlükəsizlik ən önəmli komponentidir. Ərazilər deyil, sərhədlər barədə danışmamız daha doğru olardı. Bunlar bir az fərqli şeylərdir, çünki sərhədlər məsələsini müzakirə edəndə və ya bunlardan danışanda məsələyə cari Artsax Respublikasına qarşı Azərbaycanın ambisiyalarının fonundan baxırıq. Çox önəmlidir ki, əsas məsələ təhlükəsizlik məsələləri olsun. Bütün dünyada bu məsələnin vacib olduğunu bilir, çünki biz həmişə demişiz ki, həm sərhədlər, həm də status baxımından keçmişə dönüş yoxdur. Bizim bu yanaşmamızın təməlində məhz təhlükəsizlik komponentidir”,-deyə jurnalistlərə müsahibədə Davit Babayan qeyd edib.
O vurğulayıb ki, Azərbaycan sərhədləri dəyişməyə məcbur etdi və bugünədək öz anti-erməni siyasətindən imtina etmir.
“Beləliklə də, biz heç bir zaman dövlətimizin təhlükəsizliyini təhlükə altında almağa icazə verməyəcəyik. Elə bir durumda rəqib fürsətdən dərhal faydalanacaq və hücum edəcək. Bu baxımdan bir dəfə də Karvaçar çayının əhəmiyyətini qeyd etməliyik. Orada sabiq Dağlıq Qarabağ Muxtar Vilayətininin su ehtiyatlarının 85%-i, Arpa və Vorotan çayları başlayırlar və Sevan gölüna gedirlər. Azərbaycanın zəngin su terrorunun təcrübəsi var. O, Sovet dönəmində Artsaxın suları zəhərlənirdi. Biz nəzərə almalıyıq ki, əgər sabah bu ərazilər onların nəzərətində olsalar, bizim su ehtiyatlarımıza radioaktiv və nüvə tullantıları qoyacaqlar, sonra isə, “siz etdiniz” deyəcəklər. Əgər Sevanla da eyni şeyi olsa və Arpa, Vorotan çayları zəhərlənsələr, Ermənistan tamamilə zəhərlənəcək”,-deyə Babayan bildirib.







