Beynəlxalq

X. İsmayılova: “YUNESKO-nun Baş müdiri yalnız öz ailəsi yaxud Əliyev barədə tənqidlərə səslənir “

Azərbaycanlı araşdırıcı jurnalist Xədicə İsmayılova YUNESKO-nun baş müdiri İrina Bokovanın “The Guardian” ın məktubuna cavab verib. Xədicə İsmayılovanın məqaləsində deyilir ki, Bakının mirasını məhv etmək əməlləri dayanmaq bilmir. Bir çox tarixi binalar Əliyevin hökumət layihələrinin qurbanına çevrilib.

“Bakının tarixi mərkəzinin geniş miqyaslı məhv olunmasına bazxmayaraq YUNESKO bir tərəfdə qalaraq sükut edir.2014-cü ilin sentyabrında xanım Bokova bir çox təşkilatlardan Azərbaycanda bir sıra KİV-ə qarşı icra edilən təzyiqlərlə bağlı məktub alıb,lakin həmin məsəılələrlə bağlı sükut edib”-deyərək sonuncu yazır.

İsmayılova deyib ki, YUNESKO-nun Baş müdirinin beynəlxalq mətbuatda dərc etdiyi cavablara təəccüblənir.

“Şad olaram ki, ona siyasi dustaqlar barədə xatırladım kimlər ki, Əliyev rejimini tənqid etdikləri üçün məhbəsdə peyda olunub.Yaxşı olardı ki, xanım Bokova Azərbaycan hakimiyyətində olan öz yoldaşlarının Qobustan həbsxanasını bağlamaq haqqında olan vədini yada salsın.Hansını ki, onlar 2007-ci ildə yerinə yetirməyi vəd etmişdi.
Əgər o mənə kömək etmək istəyirsə, onda bu məsələlər gərək qaldırılsın. Əks təqdirdə, insanlara gəldikdə o susur, ancaq ona və ya onun yoldaşları və ailəsinə gəldikdə səslərini ucaldır”-deyərək araşdırıcı jurnalist bəyan edib.

Daha çox göstər
Back to top button