Lavrov: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər”

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzərində fəal işləyirlər. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə bildirib.
Görüş zamanı S. Lavrov ATƏT-in yeni baş katibinin fəaliyyət planları ilə tanış olduğunu və bunu alqışladıqlarını söyləyib.
Rusiya XİN başçısı ATƏT-in Avropa məkanındakı münaqişələrlə bağlı operativ qərarların qəbul olunmasında, bütün problemlərin nizamlanması üçün ciddi potensialının olduğunu bildirib: “Bu potensialdan ilk növbədə Ukraynadakı münaqişədə, eləcə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasında istifadə etmək vacibdir.Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri aktiv məşğul olur. Zaqafqaziya ilə bağlı Cenevrə danışıqlarında ATƏT həmsədrliyini də qiymətləndiririk. Ümumilikdə sizin balanslı yanaşmalarınıza çox tələbat var”







