Siyasət
Səfir: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır”

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır.
“APA”-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir Azərbaycan və Ermənistan prezidentlərin son görüşünə toxunaraq qeyd etdi:
“Prezidentlərin son görüşü ilə bağlı həmsədrlər bəyanat verib. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkilinə dəstək veririk və bu iş davam etdirilir. Ümid edirik ki, münaqişə sülh yolu ilə həll olunacaq. Münaqişənin sülh yolu ilə həlli vacibdir”







