Banklarda çalışanların sayı azalıb

”İş azalıbsa, işçilər də azalmalıdır’‘,
Bank sahəsində çalışanların sayı azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hesabatından belə məlum olur.
Hesabata görə, oktyabrın 1-i bank əməkdaşlarının sayı 16 min 340 nəfər olub. İlin əvvəlində isə bu göstərici 16 min 947 nəfər idi.
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, ixtisarların əsas səbəbi böhrandır. Bankların problemli kreditləri artır, saxladıqları əmanətlər azalır:
“Üstəlik, Mərkəzi Bankdan kredit ala bilmirlər, kreditləşdirmə zəifləyir, bank xidmətlərinin həcmi azalır, nəticədə bankların zərəri artır. Buna görə də, filialları bağlanır. İş azalıbsa, işçilər də azalmalıdır. Həm də bankların işçi resursları şişirdilmiş idi: qohumlar, dostlar və s. İndi artıq işçi saxlaya bilmirlər”.







