Beynəlxalq
Yohannes Han: “Həmsədrlərin səylərini dəstəkləyirik”

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”. APA-nın məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press tur iştirakçıları ilə görüşdə deyib.
“Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü, habelə xarici işlər nazirlərinin görüşü müsbət addımdır. Bu istiqamətdə bütün səyləri dəstəkləyirik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, noyabrın 24-də Brüsseldə Şərq tərəfdaşlığı 5-ci sammiti üçün AB-ə üzv ölkələr və Şərq tərəfdaşlığına 6 üzv ölkələrin, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın rəhbərlərinin toplaşacaq.






