Emanuel Makron Ermənistana səfər edəcək

Fransa Prezidenti Emanuel Makron Ermənistana səfər edəcək. ER İqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan ilə görüşündə Ermənistandakı Fransa səfiri Jonatan Lakot qeyd edib ki, erməni-fransız əlaqələrinin, o cümlədən iqtisadi əməkdaşlığın təşviqi üçün imzalanmış ER-AB hərtərəfli və genişlənmiş razlaşma və Ermənistan tərəfindən Frankofoniyanın Deputatlar şurasının sədrliyi əsas əhəmiyyət daşıyır.
Səfir bu kontekstdə həmçinin Fransa Prezidenti Emanuel Makronun Ermənistana gələcək səfərini mühüm sayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə dəpartamentin məlumatına əsasən, Jonatan Lakotun sözüylə Ermənistanda təmsil edilmiş Fransanın biznesini genişləndirməyi planlaşdırırlar.
Səfir əlavə edib ki, artıq bəzi investorlarla görüşüb və faktlaşdıra bilər ki, fransız biznesi Ermənistanın Avropa, Avrasiya və İran bazarlarına doğru ixracaat imkanlarını hesaba alaraq Ermənistanda sərmayə qoymaq istəyir.
“Biz Ermənistanda fəaliyyət göstərən fransız iş adamları ilə birlikdə olmağa hazırıq və fransız iş adamlarının Ermənistanda fəaliyyət göstərməsi üçün lazım olan mühit və şəraitin təmin olunması üçün bütün səyləri göstərməyə hazırıq”- deyə Karayan qeyd edib.






