Armen Rustamyan:” Əliyev Qarabağ münaqişəsinin mahiyyətini təhrif etməyə çalışır”

Mən Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin qarşıdakı görüşündən nəsə gözləmirəm.Bu haqda Tert.am ilə söhbətində«Erməni İnqlab Daşnakı” fraksiyasının rəhbəri Armen Rustamyan bəyan edib. «Mənim oxşar görüşlərdən nəsə gözləmələrim ola bilməz ,nə qədər ki, Əliyev həqiqətlə hələ hesaba oturmağı bacarmır. O adam daima elan edir ki, məsələ gərək özünün təsəvvür etdiyi formayla həll olunmalıdır ki, onun da münaqişəylə heç bir əlaqəsi yoxdur.O, münaqişənin varlığını təhrif etməyi davam edir,öz əhalisini ona hazırlaşdırır və yaxşı bilir ki, o cür məsələ qoyarsa onun yeganə vasitə müharibədir”- deyərək deputat qeyd edib.Armen Rustamyan deyib ki, onlar hər vasitədən istifadə edərək göstərmək istəyirlər ki, özlərinin ordusu ən əzəmətlidir və az qalır ki, ”ABŞ və Rusiyanın ordularını vurub keçsin”.”Biz bu söz-söhbətləri daim dinləyirik və onlar tərəfindən məntiqli, ağlabatan və sağlam düşüncəli nəsə eşitmək mənasızdır. Azərbaycan danışıqsız tərəfi olaraq qalır. Azərbaycan gərək qərara gəlsin ya danışıqlar aparan və ya müharibə aparan tərəfdir.Bunun üçün biz hər ikisinə də hazırıq ” – deyə Rüstamyan qeyd edib.







