Siyasət
Ermənistandakı Rusiya hərbi bazasında hərbi təlimlər keçirilir

Emənistandakı Rusiya hərbi bazasının əsgərləri təlimlar zamanı şərti rəqibin vacib obyektlerinə hücüm zamanı qırıcı və təyyarələrdən istifadəsini öyrənirlər.
Bu haqda Rusiya Federasiyasının Cənubi hərbi okruqunun mətbuat xdmətindən məlumat verilib. Təlimlər dəniz səviyyəsindən 2000 metr yüksəkikdə yerləşən “Alagyaz” poliqonunda keçirilir.
Səhrə şəraitində aviya nişancılar yüksək hündürlükdə uçan qırıcıları və vertalyotları şərti rəqibin zirheli texnika və helikopterlərə göndərirlər.
Bundan başqa zabitlər motoatıcı, artileriya, zenit, raket birlikləri ilə əməkdaşlıq edərək, avianaviqasiya bacarıqlarını özləri inkişaf etdirirlər.
Təlimlərdə 30-dan çox əsgər və təxminən 50 ədəd texnika iştirak edir.







