Təhlil

“Azərbaycanda medianın durumu beynəlxalq təşkilatlatın hesabatlarında göstərilən rəqəmlərdəki kimidir”

ASTNA.biz: 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Beynəlxalq və yerli hüquq müdafiəçilərinin fikrinə görə, hazırda Azərbaycanda siyasi məhbus həyatı yaşayan 7 jurnalist hələ də həbsdədir. Bundan başqa məhkəmə qərarlarına əsasən bir neçə media qurumu rəsmən ölkədə bloklanıb. Müstəqil media qrumularının və jurnalistlərinin durumu hələ də ağır olaraq qalır. Amma rəsmi dairələr Azərbaycanda medianın azad olduğunu bildirirlər. Bundan başqa ölkədə medianın problemlərini həll etmək məqsədi ilə KİV-ə Dövlət Dəyi Fondu fəaliyyət göstərir. Bundan başqa bu vaxta qədər 400-dən çoz jurnalisti hökumət evlə təmin edib. Azərbaycanda medianın real vəziyyəti ilə bağlı müstəqil jurnalist Seymur Kazımov ASTNA-ya danışıb.

Seymur Kazımov: “Azərbaycanda medianın durumu beynəlxalq təşkilatlatın hesabatlarında göstərilən rəqəmlərdəki kimidir, yənin son yerlərdə. Ümumiyyətlə, ölkədə medianın durumuna bir neçə aspektdən baxmaq lazımdır: ictimai-siyasi vəziyyətin jurnalistlərə yaratdığı çətinliklər, jurnalistlərin iqtisadi durumunun aşağı olması, onların sosial statuslarının demək olar ki, olmaması və media tədrisindəki vəziyyət. Bunlar hansısa standartlara cavab vermir. Belə olan halda medianın ümumi durumunu, o cümlədən jurnalistlərin yaşayış və çalışma imkanlarını müsbət qiymətləndirmək mümkün deyil.

2017-ci ilin məlumatına görə, Azərbaycanda 7,8 milyon internet istifadəçisi var ki, bu da əhalinin 70 faizdən artığını əhadə edir. Bloqçuluq və vətəndaş jurnalistikası isə 2000-ci illərin əvvəllərindən yayılmağa başlayıb. Zaman keçdikcə ənənəvi media internetin yeni trendlərinə- sosial mediaya uduzmağa başladı, proses indi də davam edir. Amma məsələ burasındadır ki, Azərbaycanda ənənəvi medianın sosial mediaya məğlubiyyəti yalnız texniki xarakter daşımır.

Bəzən, hər iki tərəfdə də ciddi qeyri-peşəkarlıq elementlərini görürük. Ənənəvi medianın müstəqil olmaması, peşə prinsipləri əsasında deyil, sifarişlə fəaliyyət göstərməsi, faktları, baş vermiş real hadisələri gizlətməsi, yalnız “xoş xəbərləri” yayması sosial mediaya uduzmasına səbəb olur. Sosial media bəzi qəzet və internet resurslarının, o cümlədən də bütün televiziya kanallarının vermədiyi məlumatları bölüşür, cəmiyyətdə rezonans yarada bilir.

Belə olan halda klassik medianın sosial mediaya uduzması təbiidir. Baxmayaraq ki, ənənəvi medianın sosial şəbəkələrdə hesabları var, amma onlar da effektiv fəaliyyət göstərmədiyindən diqqətdən kənarda qalırlar. Görünən budur ki, qəzet və televiziyalar sosial media alətləri ilə rəqabət aparmadan onlara məğlub olur. Təbii ki, hər kəsin internetdə sayt açması, TV yaratmasını yüksək qiymətləndirə bilərik. Amma onların iş keyfiyyəti barədə eyni sözləri deyə bilərkimi? Və yaxud internet media nümunələrinə heçmi təzyiq olunmur. 2017-ci ildən bugünədək saytların bloklanma hallarının şahidi olmuşuq. Buna görə müvafiq qanunvericilikdə dəyişikliklər olub ki, saytların bloklanması məhkəmə predmetinə çevrilsin.

Bu, senzuarının qeyri-rəsmi formasıdır, hərçənd, KİV haqqında Qanunun 7-ci maddəsi “Senzuranın yolverilməzliyi” adlanır. Yəni, onlayn medianın çox olması “medianın keyfiyyətli azadlığı” na təminat vermir”.

Daha çox göstər
Back to top button