Təhlil

DTİ: Azərbaycanda əsas problemlərdən biri şəxsi həyatın toxunulmazlığı ilə bağlı pozuntulardır

Demokratik Təşəbbüslər İnstitutunun araşdırma qrupu Azərbaycanda şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi sahəsində qanunvericiliyin və təcrübənin təhlilini aparıb. Təhlil beynəlxalq hüquq normalarına uyğunluq nöqteyi-nəzərdən aparılıb.

Mənbə kimi sosial şəbəkələrdən (Facebook, Google və YouTube) və onlayn mətbuatdan istifadə olunub. Araşdırma obyekti fərdi məlumatların müdafiəsi üzrə öhdəlikləri olan dövlət orqanları və ticari qurumlar olub.

Araşdırmada qeyd edilir ki, Azərbaycanda insan hüquqları sahəsində əsas problemlərdən biri şəxsi həyatın toxunulmazlığı ilə bağlı pozuntulardır. Bu, şəxsin şəxsi həyatı haqqında məlumatların qanunsuz olaraq toplanmasında, onun şərəf və ləyaqətinin və işgüzar nüfuzunun alçaldılmasında, ifadə və cinsi meyl azadlığının pozulmasında özünü göstərir. Pozuntuların sayı çox olduğuna görə dəqiq statistika aparmaq çətindir.

Araşdırmada Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlıər Nazirliyi tərəfindən ictimai fəalların telefon danışıqlarının dinlənilməsi və internet yazışmalarının izlənilməsi təcrübəsi qeyd edilir. Qanunvericilikdəki boşluqlar dövlət orqanlarının və hüquqi şəxslərin məsuliyyətdən yayınmasına imkan verir.

Digər tərəfdən, qanunvericiliyə edilmiş dəyişikliklər məhkəmə qərarı olmadan mobil rabitə operatorlarında xüsusi avadanlıq yerləşdirməyə və vətəndaşların fərdi məlumatlarını izləməyə, onun harada olduğu və yerdəyişmələri haqqında məlumat toplamağa imkan verir.

Mobil operatorların vətəndaşların yeri haqqında məlumatları ötürməsinin ən parlaq nümunələrindən biri 2019-cu il yanvarın 19-da Bakıda müxalifətin mitinqindən sonra baş verib. Sonrakı günlərdə aksiya iştirakçıları mitinqdə izlənilən mobil telefon nömrələrindən müəyyən edilərək polisə çağırılıblar.

Araşdırmada həmçinin AZAL Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşının sosial şəbəkələrdə transgender şəxsin ələ salınması üçün ona məxsus şəxsiyyət vəsiqəsindəki şəklini sosial şəbəkələrdə paylaşması qeyd edilir. Bu, sosial şəbəkələrdə qəzəb doğurub və gender fəalları əməkdaşın cəzalandırılmasını tələb ediblər. Aviaşirkət qanun pozuntusunu etiraf edib və üç əməkdaşı işdən çıxarıb.

Araşdırmanın sonunda tövsiyələr irəli sürülür․

Daha çox göstər
Back to top button