Təhlil

Akif Qurbanov: “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” proqramı Avropa standarlarına uyğun həyata keçirilmir

Oktyabrın 3-də Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində həyata keçiriləcək iki layihənin təqdimatı olub.

2019-2021-ci illərdə həyata keçiriləcək layihələrdə məqsəd Azərbaycan qurumlarına korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması üçün institusional imkanların daha da gücləndirilməsində kömək etmək, məhkəmə islahatlarını dəstəkləmək, məhkəmə sisteminin müstəqilliyini və peşəkarlığını artırmaq, ədliyyə sahəsində islahatları dəstəkləməkdir. İkinci layihə “çirkli pullar”ın yuyulmasına qarşı mübarizə üzrə fəaliyyətin gücləndirilməsinə yönəlib.

Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov Amerikanın Səsinə müsahibsəidnə bu layihələrin şəfaflığının şübhələr doğurduğunu bildirib.

“Bu layihələrin hazırlanması və icrası şəffaf aparılmır, müstəqil vətəndaş cəmiyyəti qurumları prosesə cəlb olunmur. Çalışırlar ki, layihələr hökumətlə tərəfdaşlıq şəraitində həyata keçirilsin.Tərəfdaş kimi buraya Mətbuat Şurası, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Vəkillər Kollegiyası, Ədliyyə Nazirliyi və digər qurumlar seçilir.”

Qurbanovun fikrində, layihələrin effektivliyini yoxlamaq üçün ilk öncə ictimai nəzarətin təşkil olunması vacibdir.

“İkincisi, layihələrin necə yerinə yetirilməsi müstəqil vətəndaş cəmiyyəti qurumları tərəfindən qiymətləndirilməlidir, maliyyə baxımından müstəqi auditi aparılmalıdır.Təssüflər olsun ki, belə anlaşılır ki, Avropa Şurası hökumətin müəyyənləşdirdiyi çərçivədən kənara çıxmaq istəmir. Bu isə Avropa standarlarına uyğun deyil. Görünür ki, hökumət də şərt qoyur ki, onun razılığı çərçivəsində olmalıdır,” o qeyd edib.

Ekspert hesab edir ki, layihələrə yönəldilən böyük həcmdə vəsaitlər sadəcə nominal olaraq xərclənir, formal proseslər həyata keçirilir.

“Təsəvvür edin ki, vəziyyət o qədər formal təqdim olunur ki, guya ötən il 350 jurnalist təlimlərə cəlb olunub. Onların da 150 nəfəri regionlarda yaşayan jurnalistlərdir.”

Qurbanovun qənaətincə, həyata keçirlən layihələrin effektivliyi də yoxdur.

Daha çox göstər
Back to top button