Beynəlxalq

BMT-nin məruzəçisi: Azərbaycan əhalisi hüquqların artan qeyri-bərabərliyi ilə üzləşir

“Azərbaycanda kiçik fermerler və kənd sakinləri məhsullarının satışı ilə bağlı çətinliklərdən, bazarlara çıxış problemlərindən şikayət edirlər. Məhsulu satmaq və saxlamaq imkanı olmadığına görə onlar məhsulları atmaq məcburiyyətində qalırlar.”

Bu barədə BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin 1-11 oktyabr tarixlərində Azərbaycana səfərinin yekunlarına həsr olunmuş bəyanatında deyilir.

Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə BMT İnsan Hüquqları Şurasının 43-cü sessiyasında təqdim ediləcək.

Səfərin məqsədi ölkədə qida hüququnun təmin edilməsi sahəsində vəziyyətin qiymətləndirilməsi, dialoqlar aparılması və hakimiyyət üçün tövsiyələrin hazırlanmasından ibarət idi.

BMT eksperti qeyd edir ki, insan potensialına və təbii resurslar potensialına dəstək kifayət qədər deyil. Bu məsələlərdə sabit inkişaf insan hüquqlarına əsaslanmalıdır.

Azərbaycanda qida təhlükəsizliyi nöqteyi-nəzərdən insan hüquqları haqqında qanunvericilik yoxdur. Əhali qida hüququnun nə olduğunu başa düşmür. Ümumilikdə, insan hüquqları proqramların və siyasətin tərkib hissəsi deyil. Bu istiqamətdə təcili maarifləndirmə işinə başlamaq lazımdır,” o bildirib.

Qida təhlükəsizliyi ilə bağlı dünya hesabatına əsasən, 2016-2018-ci illərdə Azərbaycanda əhalinin qeyri-kafi qidalanması səviyyəsi 2,5%-dən azdır.

Ümumiyyətlə ölkədə əhalinin fiziki inkişafı 20%-dən az təşkil edir və Dünya Səhiyyə Təşkilatının təsnifatına görə, bu göstəricinin ictimai səhiyyə üçün böyük əhəmiyyəti yoxdur.

Daha çox göstər
Back to top button