Beynəlxalq

Ermənistana ABŞ hökumətinin dəstəyi 2019-cu ildə 40 faizlə artıb

ER-da ABŞ səfirliyi bildirir ki, 2019-cu il ərzində ABŞ hökuməti tərəfindən  Ermənistana dəstəyi artmaqda davam edir. ABŞ-ın ER-dakı   səfirliyindən bildirildiyinə əsasən, bu il  o 60 mln ABŞ dollar təşkil edib, bu da keçən illə nisbətən 40 faiz çoxdur.

Bu malliyələşdirilmə ABŞ Dövlət katibliyi və ABŞ Beynəlxalq inkişaf agentliyi tərəfindən  idarə edilmiş  proqramlarla yanaşı, həm də ABŞ Enerji departamentinin, ABŞ  Meşə xidmətinin və ABŞ Müdafiə departamentinin proqramlarını əhatə edir.

“Birləşmiş Ştatlar  son 27 illər ərzində Ermənistanın  demokratiya prosesləri və mütəxəssislərinin inkişafını dəstəkləyib və xüsusilə indi demokratiya Ermənistanda daha güclü olanda, biz bunu dəyişmək niyyətində deyilik. Buna görə fəxrlə bildiririk ki, bu il dəstəyi 60 milyon dollardan çoxdur”- deyə ABŞ-ın ER-dakı səfiri Lin Treysi bildirir.

Daha çox göstər
Back to top button