İdman

Nikol Paşinyan Fransaya işgüzar səfər edəcəkdir

Baş nazir Nikol Paşinyan və xanımı Anna Hakobyan, noyabrın 10-12-də Fransa Republikasına  Parisin   İkinci Sülh Konfransı və YUNESKO-nun 40-cı Baş Konfransında iştirak etmək üçün    işgüzar səfər edəcəkdir.ER  hökumətindən verilən məlumata görə, səfərin birinci günündə  Nikol Paşinyan  Fransa Prezidenti adından  Paris Sülhünün  ikinci konfransında iştirak edən dövlətlərin  şərəfinə  hökumət rəhbərlərinə verilən  qəbulda iştirak edəcəkdir.Noyabrın 12-də Ermənistanın Baş naziri Parisin İkinci  Sülh Konfransının açılışında və tədbir çərçivəsində tematik müzakirələrdə iştirak edəcək,  həmin müddətdə nitqlə çıxış edəcəkdir. Baş nazir Paşinyanın Paris Sülh Konfransı Kitabxanasına simvolik hədiyyə edilməsi planlaşdırılır.Parisə səfəri çərçivəsində Ermənistanın Baş naziri Beynəlxalq Frankofoniya Təşkilatının  idarəsini  həmçinin ziyarət edəcək və Beynəlxalq Əmək Təşkilatının baş katibi Luiz Muşikivabo ilə görüş keçirəcək.ER Baş naziri və həyat yoldaşının YUNESKO-nun  mərkəzi qərargahına səfəri və YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmələri planlaşdırılır. Baş nazir Paşinyan konfransın tematik müzakirəsi çərçivəsində çıxış edəcəkdir. ER Baş naziri, həmçinin YUNESKO-nun Baş katibi Odri Azule ilə görüşəcək və YUNESCO-nun Mətbuat xidmətinə müsahibə verəcəkdir.Səfəri çərçivəsində Ermənistanın Baş naziri və xanımı Fransadakı erməni icmasının rəhbərləri ilə görüşəcəklər. Nikol Paşinyan və Anna xanım  Hakobyanın şərəfinə rəsmi qəbul veriləcək, onun çərçivəsində ER Baş nazirinin çıxışı olacaqdır.

Daha çox göstər
Back to top button