BaşlıcaSiyasət

Prezident Armen Sarkisyan işgüzar səfərlə Qətər Dövlətinə gedib

Ermənistan Respublikasının  Prezidenti Armen Sarkisyan, həyat yoldaşı  Nune Sarkisyan ilə  işgüzar səfərlə Qətər Dövlətinə gedib.

ER Prezidentinin administrasiyasından bildirildiyinə əsasən,  Armen Sarkisyanı Qətərin Nəqliyyat və rabitə naziri Casim Saif Əhməd al Suleyt və digər rəsmi şəxslər qarşıladılar.

Armen Sarkisyan  Qətər əmiri  Tamim bin Hamad Al Tani, Qətərin ata əmiri  Hamad bin Xalif  Al Tani, Qətər baş naziri, daxili işlər naziri Abdullah bin naser bin Xalif al Tani, eləcə də  Qətər biznes dairələrinin nümayəndələriylə görüşəcəkdir. Ermənistan Prezidentinin İslam İncəsənət Muzeyini də ziyarət edəcəyi gözlənilir.

Paytaxt Dohada  Prezident  Sarkisyan Ermənistan Respublikasının  Qətər Dövvlətindəki səfirliyini ziyarət edəcək, erməni icmasının nümayəndələriylə görüşəcək.

ER Prezidenti Sarkisyanın və Qətər əmirinin bundan əvvəlki görüşlərinin nəticələrindən biri də Qətər Dövlətində Ermənistan Respublikasının səfirliyinin açılışı oldu, hansı da Ermənistan xalqına hörmət və rəğbət əlaməti olaraq Qətər Dövlətinin Əmiri və Hökumətinin fəal dəstəyi ilə keçirildi.

Səfər zamanı Prezident Sarkisyan Dohada keçiriləcək nüfuzlu “Dünya Təhsili İnnovasiya Zirvəsi” ndə də iştirak edəcək və çıxış edəcək.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button