Beynəlxalq

Hakim partiya parlamentin buraxılmasını təklif edir

Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılmasını təklif edir. Bu qərar  partiyanın bugünkü fövqəladə iclasında qəbul edilib.

Qərarda deyilir ki, bu təklif ölkədə başlayan islahatların və kadr dəyişikliyinin dəstəklənməsinin vacibliyindən irəli gəlib.

Saat 15:00-da YAP-da bu mövzu ilə bağlı mətbuat konfransı keçiriləcək.

YAP icra katibinin müavini Siyavuş Novruzov bu qərarı şərh etməkdən imtina edib. “Mətbuat konfransında hər şeyi biləcəksiniz”, – o, Turan agentliyinə deyib. 

Parlamentin deputatı Vahid Əhmədov bildirib ki, müvafiq qərar Milli Məclisin sabahkı iclasında müzakirə olunacaq.

Daha çox göstər
Back to top button