Beynəlxalq

Azərbaycan sərhədçiləri Gürcüstan vətəndaşını yaraladı

Gürcüstan və Azərbaycan arasında mübahisəli David Garejanın  (Keşikçidağ) yaxınlığında bir neçə gün əvvəl insident  baş verdi. Azərbaycan sərhədçisi Gürcüstan vətəndaşına atəş açıb. Bu barədə Aliq.ge “Mtavari” TV Şirkətinə istinadən xəbər verir.

Televiziya şirkəti bir neçə versiya yayır. Onlardan birinə görə, çoban sürünü neytral əraziyə apardı, sonra sərhədçilər atəş açdılar. İkinci versiyaya görə, sərhədçilər iti hədəfə aldılar, ancaq güllə çobana dəydi.

Məlumata görə, yaralı vətəndaş Gəncədəki xəstəxanada müalicə olunur.

Gürcüstan Daxili işlər nazirliyi sərhəd yaxınlığında bir insidentin baş verdiyini təsdiqlədi, amma xırdalıqlar vermədi .

“Gürcüstan vətəndaşı, dekabrın 6-da Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında baş verən insident nəticəsində yaralanıb və müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Onu Daxili işlər nazirliyinin və Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri ziyarət etdilər. Azərbaycan tərəfinin bildirdiyinə görə, yaralıların vəziyyəti qənaətbəxşdir. İstintaq aparırlar. Gürcüstan və Azərbaycan hüquq-mühafizə orqanları fəal əməkdaşlıq edir”-deyə Gürcüstan Daxili işlər nazirliyindən NETGASET-ə bildiriblər.

Gürcüstan-Azərbaycan sərhəddindəki kompleksin ətrafındakı vəziyyət bu yazda, Azərbaycan turistlər və gürcü ruhaniləri qarşısında David Gareja monastırını bağlayanda daha da qızışdı.

Daha çox göstər
Back to top button