BaşlıcaBeynəlxalq

Azərbaycan mətbuat üçün ən düşmən ölkələrdən biridir

Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyətindən jurnalistlərə qarşı repressiyaların dərhal dayandırılmasını tələb edib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, yanvarın 28-də AŞPA-nın qış sessiyasında “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamə qəbul edilib. Qətnamənin müəllifi britaniyalı deputat Corc Fulkesdir.

Sənəddə Azərbaycandakı vəziyyət barədə ayrıca danışılır.

Qətnamədə Azərbaycan hakimiyyətindən söz və media azadlığının təmin edilməsi, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımların atılması tələb edilib.

AŞPA deputatları rəsmi Bakını “KİV azadlığını ciddi şəkildə məhdudlaşdıran düşmənçilik mühiti”ni kardinal olaraq dəyişdirməyə çağırıblar.

Sənədin sonunda qeyd olunub ki, Azərbaycan məhkəmə çəkişməsi, hökm çıxarılması və həbs cəzası baxımından jurnalistlər üçün ən düşmən ölkələrdən biridir.

Daha çox göstər
Back to top button