BaşlıcaBeynəlxalq

Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Qasımov İsveçrədə vəfat edib

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov İsveçrənin Lutsern şəhərində vəfat edib. Bu barədə Amerikanın Səsinə keçmiş nazirin yaxınları bildirib.

1992-ci ilin mayında Azərbaycan Xarici İşlər naziri təyin edilib. 1993-cü ilin aprelinə qədər bu vəzifədə çalışıb.

1995-ci ilin sentyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin işi üzrə dövlət çevrilişinə cəhdə çağırış ittihamı ilə həbs olunub. 1996-cı il fevralın 22-də beynəlxalq təzyiq altında azadlığa buraxılıb.

Sonradan Azərbaycanı tərk edib və İsveçrədə siyasi sığınacaq alıb.

Daha çox göstər
Back to top button