
Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) fevralın 9-da ölkədə keçirilmiş parlament seçkilərini tənqid edib.Parlamentin buraxılmasının səbəbləri izah edilmədən, ədalətli seçki kampaniyasının olmadığı və qanunların pozulduğu şəraitdə növbədənkənar seçkilər keçirildi.Ölkənin digər bölgələrində olduğu kimi, cənub bölgəsində də yerli əhalinin milli-etnik, iqtisadi, sosial, mədəni və s. problemlərini bircə dəfə də olsa dilinə gətirməyən adamlar əhalinin narazılığına və etirazına baxmayaraq, yenidən parlamentə “seçildilər”.ATİŞ növbəti dəfə saxtalaşdırılmış seçki prosesini qəti şəkildə pisləyir və seçkinin nəticələrinin ləğvini tələb edir.







