Beynəlxalq

Gürcüstanda koronavirus aşkarlanıb

Gürcüstanda birinci koronavirus hadisəsi qeydə alınıb. Bu barədə xüsusi brifinqdəGürcüstanın səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze bildirib.

Nazirin sözlərinə görə, virus Azərbaycandan tranzitlə İrandan gələn Gürcüstan vətəndaşı,  50 yaşlı kişidə qeydə alınıb. Xəstə hazırda Yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Nazirin sözlərinə görə, hökumət Gürcüstanda epidemiyanın başlamasına mane olmaq üçün əlindən gələni edir.

Daha çox göstər
Back to top button