Siyasət

Tbilisidə David Garejinin işğalına qarşı mintinq keçirilib

Ötən gün Tibilisidə Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında  David Garejinin Qoruma komitəsi tərəfindən mitinq keçirilib. Etirazçılar David Garejinin Azərbaycan işğalından azad edilməsini tələb ediblər. Bu barədə Gürücstanın İctimai Televiziyası məlumat verib.

Etiraz akisyasının təşkilatçısı Nikoloz Mjavanadze bildirib ki, Azərbaycan artıq bir ildir ki, gürcü ziyarətgahlarını işğal edib və oraya girişi əngəlləyir. Nikoloz Mjavadze həmçinin qeyd etdi ki, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Georgi Qaxariya arasında məbədlərin Gürcüstan zəvvarları üçün açıq olacağına dair razılaşmasına hörmət edilmir.

Aksiya iştirakçıları Azərbaycan hərbi qulluqçularının David Gareji ərazisindən dərhal çıxarılmasını tələb ediblər.

 Monastır kompleksi ilə bağlı mübahisələr yalnız ərazi komponenti ilə məhdudlaşmır. Azərbaycan tərəfi 6-cı əsrə aid olan Gürcüstan monastır kompleksini “Alban mədəniyyət abidəsi” kimi təqdim edir.

Daha çox göstər
Back to top button