Koronavirusun bədən üzərində yeni ciddi nəticələri məlum oldu

Şiddətli yoluxmuş koronavirus qırmızı qan hüceyrələrində hemoglobinə hücum edərək insan qanına yoluxa bilir. Bu haqda Verona Universitetinin italyan alimləri tərəfindən Hematologiya, Transfüzyon və Hüceyrə terapiyası jurnalında dərc olunan araşdırması sübut edib.
Alimlərin fikrincə, bu o deməkdir ki, şiddətli koronavirus infeksiyası zamanı sətəlcəmin müalicəsində mexaniki ventilyasiya cihazları (IVL) yararsız ola bilər, çünki belə xəstələrdə hemoglobinin səviyyəsi əhəmiyyətli dərəcədə azalır.
Bu baxımdan, klinik mənzərəni qiymətləndirmək üçün tədqiqatçılar koronavirus xəstələrinin əvvəlcə hemoglobin səviyyələrini yoxlamağı təklif edirlər. Bu kifayət deyilsə, virusun irəliləməsini göstərən həyacanlı diaqnoz simptom sayıla bilər.
“Xəstəliyin inkişaf edib-etmədiyini və qan köçürməyin ölümün qarşısını almağa köməkçi ola biləcəyini qiymətləndirmək üçün dərhal araşdırma aparmaq lazımdır”-deyərək alim belə hesab edir.
İtaliya və İspaniyadan gələn həkimlər aprelin 16-da bildirdilər ki, COVID-19 olan xəstələrin ayaqlarında səpkilər yeni koronavirus infeksiyasının əlamətlərindən biri ola bilər.







